0
Saturday 2 March 2024 - 16:14

Böyük din xadimləri seçkilərdə iştirak ediblər

Story Code : 1119809
Böyük din xadimləri seçkilərdə iştirak ediblər
Ayətullahuluzma Məkarim-Şirazi seçkilərdə iştirakdan sonra söyləyib: Problemlərin həllinə lazım olan məsələ, xalqın seçkilərdə genş iştirakıdır. Xalq layiqli şəxsləri seçməklə problemləri həll edə bilər və əgər xalq geniş iştiraka malik olarsa, problemlər daha asan həll olacaq.
Ayətullahuluzma Nuri-Həmədani də seçkilərdə iştirak etdikdən sonra deyibdir ki: İslami İranın əziz xalqı ümumi şövq və həvəslə/ olduqca mühüm və təsiredici olan bugünkü seçkilərdə iştirak etsin.
Ayətullahuluzma Cavadi-Amoli isə seçkilərdə iştirakdan sonra vurğulayıb: Yaxşı niyyətlə/ layiqli məsul şəxsləri seçmək,/ hamımızın borcudur.
İslami quruluşun qorunması- vaciblərin vacibidir- deyən Ayətullahuluzma Sübhani vurğulayıb: Hamının İslami quruluşun qorunması yolunda səy göstərməsi, bir zərurətdir.
Bu böyük təqlid mərcələri əlavə ediblər: İslami quruluşun təsbiti yollarından biri, seçkilərdə iştirakdır və xalq seçkilərdə geniş iştirakla düşmənlərin fitnələrini uğursuz qoymalıdır.
 
Source : SaharTV
Tagged
seçki Iran
Comment