0
Saturday 9 March 2024 - 23:52

Qəzza bombardmanlarında həlak olan 4 sionist əsirin adları açıqlanıb

Story Code : 1121540
Qəzza bombardmanlarında həlak olan 4 sionist əsirin adları açıqlanıb
Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam batalyonlarının sözçüsü Əbu Ubeydə deyib: "Biz daha öncə qeyd etmişdik ki, İsrailin Qəzza zolağını vəhşicəsinə bombalanması zamanı 7 sionist əsir həlak olub. Amma onlardan 3-nün adı dərc edilmişdi.

Əbu Ubeydə əlavə edib: "İndi İsrailin özü tərəfindən məhv edilən digər 4 əsirin də kimliyi yoxlanıldıqdan sonra məlum olub ki, digər 4 nəfər Etsik əl-Cərat, Aleks Dansij, Ronin Tommi Encel” və “Eliyahu Merqlit”dir.

Əl-Qəssam Briqadaları ivrit dilində bir video yayımlayıb və deyib: "Biz onların canlarını qorumaq istəsək də, Netanyahu onları öldürməkdə israrlıdır."