0
Sunday 10 March 2024 - 10:50

Boris Conson Maduro ilə gizli görüşüb

Story Code : 1121564
Boris Conson Maduro ilə gizli görüşüb
Axar.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.

Məlumata görə, Conson ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa yollanıb. Keçmiş baş nazir burada 24 saatdan az qalıb.

Qeyd olunub ki, keçmiş baş nazir Maduro ilə Rusiyanın Ukraynaya müdaxiləsini və Venesueladan Rusiyaya mümkün silah və digər hərbi texnika tədarükü barədə məlumatları müzakirə edib.

Səfərin ötən ay baş tutuğu bildirilir.
Comment