0
Tuesday 12 March 2024 - 09:04

Qərb Ermənistana qucaq açır

Story Code : 1121993
Qərb Ermənistana qucaq açır
Avropa İttifaqının Hərbi Komitəsinin sədri general Robert Briger Ermənistanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri ilə görüşdə Ermənistanı Cənubi Qafqazda bu qurumun mühüm tərəfdaşı adlandırıb.
Ermənistan səfiri Tiqran Balayan isə bu görüşdə ölkəsi ilə Avropa İttifaqı arasında ümumi qarşılıqlı fəaliyyətin səviyyəsini yüksək qiymətləndirib və həmkarının diqqətini Ermənistan hökumətinin Silahlı qüvvələrdə apardığı genişmiqyaslı islahatlara cəlb edib və bununla bağlı Aİ-nin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
AB-nin Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyətindən danışan səfir onun regional təhlükəsizlik baxımından mühüm sabitləşmə roluna malik olduğunu qeyd edib.
Qeyd edək ki, Avropa İttifaqından mülki missiyanın Ermənistana gətirilməsi Moskvanı qəzəbləndirib.
 
Source : SaharTV
Comment