0
Tuesday 12 March 2024 - 21:56

Fələstinli futbolçu sionist rejimin hücumu nəticəsində şəhadətə çatdı

Story Code : 1122127
Fələstinli futbolçu sionist rejimin hücumu nəticəsində şəhadətə çatdı
Qəzzanın Əl-Əhli komandasının hücumçusu Məhəmməd Bərəkat bazar ertəsi Xan Yunisdəki evində şəhid olub.

Fələstinli futbolçu Xalid Əbu Habel Əl-Cəzirə kanalına deyib: "Bu Fələstin futbolu üçün meydanda və meydandan kənarda böyük itkidir. Mən ona qarşı oynamışdım. Məhəmməd Bərəkat cəld və ağıllı idi, meydandan kənarda da çox mehriban idi. Müharibə zamanı Qəzzada çoxlu idmançımızı itirdik. Daha nə qədər insan itirməliyik? Qəzzada idman cəmiyyəti olduqca sadə bir şəkildə dağılır!

Bərəkat oktyabrın əvvəlindən Qəzza zolağında şəhid olan minlərlə fələstinli idmançıdan biridir.

Məlumatlara görə, işğalçı İsrailin hava hücumları nəticəsində azı 9 idman mərkəzi məhv edilib.
Comment