0
Thursday 14 March 2024 - 01:33

Vaşinqtonun İsraillə işbirliyinə etiraz olaraq San-Fransisko Beynəlxalq Hava Limanında aksiya keçirildi

Story Code : 1122436
Vaşinqtonun İsraillə işbirliyinə etiraz olaraq San-Fransisko Beynəlxalq Hava Limanında aksiya keçirildi
Yüzlərlə Fələstin tərəfdarı çərşənbə günü ABŞ-dakı "San-Fransisko Beynəlxalq Hava Limanı"nın bir hissəsini bağlayıb və bununla da Amerikanın işğalçı İsrailə hərbi yardımı və Qəzzada atəşkəs elan edilməməsinə etirazlarını bildiriblər.

"Anadolu" xəbər agentliyi bildirib ki, etirazçıların əllərində "İsraili silahlandırmaqdan əl çəkin" yazılmış plakatlar olub.
Etirazçılar həmçinin Fələstin bayraqları da dalğalandırıblar.

Qeyd edək ki, işğalçı İsrailin Qəzzada törətdiyi cinayətlər ABŞ-ın böyük şəhərlərində genişmiqyaslı nümayişlər keçirilməsinə səbəb olub. İndiyə qədər Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla 31 mindən çox fələstinli şəhid olub və şəhərdə çoxlu dağıntılar var.
Comment