0
Thursday 14 March 2024 - 00:30

ABŞ prezidentinin həyat yoldaşının köməkçisi işçiləri təzyiqlərə məruz qoyub

Story Code : 1122448
ABŞ prezidentinin həyat yoldaşının köməkçisi işçiləri təzyiqlərə məruz qoyub
“Report” xəbər verir ki, bu barədə “New York Post” öz mənbələrinə istinadən məlumat yayıb.

“O, çoxlu nalayiq ifadələr işlədib, başqa insanların cəlbediciliyindən danışıb, onların cinsi həyatları barədə fərziyyələr irəli sürüb. Bu, əsl cinsi qısnamadır”, - nəşrin adını açıqlamayan həmsöhbəti bildirib.

“The New York Post” dörd mənbəyə istinadən yazıb ki, Bernal iş yerində həmkarlarının cinsi oriyentasiyası barədə yüksək səslə danışıb və onların şəxsi həyatına qarışıb.

Qəzet qeyd edib ki, Cil Baydenin yüksək mövqeyi və müdafiəsi Bernalı “toxunulmaz” edib. Ağ Ev bildirib ki, “Prezident və birinci xanım Bernala tam etibar edirlər”.
Comment