0
Thursday 14 March 2024 - 02:04

“Ermənistanla bağlı qərar veriləcək” - Zaxarova

Story Code : 1122449
“Ermənistanla bağlı qərar veriləcək” - Zaxarova
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bildiyimə görə, müvafiq bildiriş müəyyən kanalla göndərilib. Moskva İrəvandan diplomatik kanallar vasitəsilə Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı bildirişlər almayıb. Ermənistanın “Zvartnots” hava limanında Rusiya sərhədçiləri ilə bağlı qərar qurumlararası araşdırmaların nəticələrinə əsasən veriləcək. Belə bir təşəbbüs demək olar ki, Ermənistan və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına uyğun gəlmir”, - Zaxarova qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl məsələ ilə əlaqədar İrəvan tərəfindən məlumatlandırıldıqlarını açıqlamışdı.

 
Comment