0
Thursday 14 March 2024 - 04:37

ABŞ-də “TikTok” bağlana bilər

Story Code : 1122450
ABŞ-də “TikTok” bağlana bilər
Teleqraf.com xəbər verir ki, bu barədə Senatda Demokratik Partiya çoxluğun lideri Çak Şumer bildirilib.

“Senat qanun layihəsinə Nümayəndələr Palatasından daxil olduqdan sonra baxacaq”, - o qeyd edib.

Şumer qeyd edib ki, qanun layihəsinə münasibətini öyrənmək üçün müvafiq komitə sədrləri ilə məsləhətləşəcək. O, səsvermənin dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb.

Qanun layihəsi əvvəllər ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Təşəbbüs platformanın istənilən “Çin tərəfindən idarə olunan qurum”, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” ilə əlaqələrini kəsməyə yönəlib.

 
Comment