0
Saturday 16 March 2024 - 09:01

NATO-Rusiya müharibəsi üçün tarix verildi - Hazırlıq başladı

Story Code : 1122893
NATO-Rusiya müharibəsi üçün tarix verildi - Hazırlıq başladı
Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Policy” Estoniya kəşfiyyatına istinadla məlumat yayıb.

Estoniyanın xarici və hərbi kəşfiyyat xidmətləri bildirirlər ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan iki il sonra yaxın on ildə NATO ölkələri ilə başlaya biləcək münaqişə ərəfəsində ordusunu yenidən strukturlaşdırır və genişləndirir.

Kəşfiyyatçıların fikrincə, Rusiya iqtisadiyyatı müharibə vəziyyətinə gətirib.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin baş direktoru Kaupo Rosin deyir ki, Rusiya hərbi komandanlığı Ukrayna ilə müharibənin ilkin mərhələlərindəki səhvlərdən nəticə çıxarıb. Onun sözlərinə görə, ruslar problemləri həmişə ordu ilə həll edirlər.

Estoniyalı kəşfiyyatçı hesab edir ki, Rusiya ilə NATO arasında müharibə qaçılmaz deyil, Kremlin qarşısını almaq üçün çox şey etmək olar.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da hesab edir ki, rus ordusunun uzunmüddətli restrukturizasiyası və genişləndirilməsi səyləri Rusiyanı NATO-ya qarşı gələcək genişmiqyaslı müharibəyə hazırlamaq məqsədi daşıyır.

 
Comment