0
Thursday 21 March 2024 - 03:00

ABŞ Çini qıcıqlandırmağa davam edir!

Story Code : 1123916
ABŞ Çini qıcıqlandırmağa davam edir!
ABŞ 2026-2027-ci illər arasında Tayvana dörd MQ-9B SkyGuardian dəniz müşahidə pilotsuz təyyarəsini köçürməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, ilk iki pilotsuz təyyarə 2026-cı ildə, qalanları isə 2027-ci ildə təhvil veriləcək. Ümumi dəyəri 467 milyon dollar olan sövdələşmə iki yerüstü idarəetmə stansiyasının, ehtiyat hissələrinin və digər avadanlıqların tədarükündən ibarətdir.

 
Comment