0
Saturday 13 April 2024 - 12:15

Həniyyə: Şərtlərimizə sadiqik , Qəzzədə davamlı qırğın ötən 6 aydan fərqli bir mövqe tələb edir

Story Code : 1128269
Həniyyə: Şərtlərimizə sadiqik , Qəzzədə davamlı qırğın ötən 6 aydan fərqli bir mövqe tələb edir
Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə  Əlməyadin telekanalı ilə müsahibədə qeyd edibdir ki: Həmas müzakirələrdəki şərtlərinə sadiqdir və onlar həyata keçirilmədən heç bir sövdələşməyə getməyəcəkdir.
Müqavimətin Qəzzədə təcili və daimi atəşkəsin elan edilməsi zərurətinə sadiq qaldığını vurğulayan Həniyyə söyləyib: Sionist işğalçılar nə Həmas-ı məhv etdilər, nə də ki, məhv edəcəklər; nə öz əsirlərini geri qaytaracaqlar, nə də ki, onları/ müqavimət üçün şərəfli bir sövdələşmədən başqa bir yolla/ geri qaytaracaqlar.
O, qeyd edibdir ki, müqavimət/ sionistlərin tam şəkildə geri çəkilmələri və fələstinli didərginlərin heç bir maneə və məhdudiyyət olmadan Qəzzəyə geri dönmələri şərtinə, eləcə də yardım və bərpa məsələləri ilə bağlı şərtlərə, sonda isə, əsirlər mübadiləsinə nailolma şərtinə sadiqdir.
İşğalçı medialar bildiriblər ki, uşaqlar və nəvələrin öldürülməsi/ müzakirələrdəki mövqeyini dəyişdirmək məqsədilə Həmas-ı təzyiq altında qoymaq üçündür.
Həniyyə Əlməyadin telekanalı ilə müsahibədə buna cavab olaraq, bildiribdir ki: Bu hadisə baş verməyəcək.
Həniyyə əlavə edib: İşğalçıların Qəzzədə törətdikləri qırğın və cinayətlər onların strategiyalarının uğursuz qalmasının nişanəsidir, zira öz məqsədlərinə çatmayıblar.
Həniyyə qeyd edib: Qərbin ərköyün uşağı olan İsrail rejimi daha keçmişdə olduğu sifətdə deyil; onun üzü sınıb tökülübdür və diplomatiya dəhlizlərində baş verənlər/ onun misli görünməmiş tərzdə təcrid olunmasından xəbər verir.
Bütün İslam Ümmətinə xitab edən Həniyyə deyib: Qəzzədə davamlı qırğın ötən altı aydan fərqli bir mövqe tələb edir.
 
Source : SaharTV
Comment