Ərdoğan Roma Papasına yazdığı məktubda İsrailin cinayətlərinə qarşı qlobal etiraza çağırıb
Story Code : 1128505
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya katoliklərinin lideri Papa Fransiskə yazdığı məktubda dünya cəmiyyətini işğalçı İsrailin Qəzzada törətdiyi cinayətlərə etiraz etməyə çağırıb.
Anadolu xəbər agentliyinin məlumatına görə, məktubda deyilir: “Bəşəriyyət müharibələrdə belə hücuma məruz qalmaması lazım olan xəstəxanaların, məktəblərin, məscid və kilsələrin bombalanmasına etiraz səsini ucaltmalıdır”.
Ərdoğan əlavə edib: "Fələstin məsələsi ədalətli yolla həll edilmədən Yaxın Şərqdə daimi sülh və sabitliyə nail olmaq mümkün deyil. Papa sionist rejimin Qəzzada törətdiyi cinayətlər qarşısında beynəlxalq ictimaiyyətin susması ilə bağlı etirazını ifadə edib.