0
Tuesday 16 April 2024 - 07:07

ABŞ casuslarının ifşa olunacağından narahatdır...

Story Code : 1128938
ABŞ casuslarının ifşa olunacağından narahatdır...
"Biz yeni qanun layihəsinin (“Xarici agentlər” haqqında qanun-red) Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən və ölkənin Avropa yolundan sapmasına səbəb olacağından çox narahatıq".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Biz həmçinin yeni qanun layihəsinin Gürcüstan vətəndaşlarına keyfiyyətli məlumat vermək üçün çalışan müstəqil media qurumlarına mane olacağından narahatıq, lakin bu, hələ də qanun layihəsi olduğundan heç bir nəticəni müzakirə etməyəcəyəm”, - o vurğulayıb.

M.Miller hakimlərə qarşı sanksiyalarla bağlı məsələyə də toxunub.

“Sanksiyalar cəzasızlıqdan bəhrələnən bədxahların məsuliyyətə cəlb edilməsinə, həmçinin Gürcüstan cəmiyyətində və məhkəmə sistemində qanunun aliliyinə xələl gətirmək üçün görülən işlərə görə tətbiq edilib. Gürcüstan hakimiyyəti ilə ünsiyyətə gəlincə, biz, əlbəttə hakimiyyəti korrupsionerlərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə çağırırıq”, - o vurğulayıb.
Comment