0
Tuesday 16 April 2024 - 08:43

Qrossi: İranın zənginləşdirilmiş uranının olması nüvə silahı demək deyil

Story Code : 1128960
Qrossi: İranın zənginləşdirilmiş uranının olması nüvə silahı demək deyil
"Report"un məlumatına görə, bu barədə agentliyin rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

"Uranın çox yüksək səviyyədə toplanması avtomatik olaraq sizin nüvə silahına malik olduğunuz anlamına gəlmir. Bəyanatlar verərkən son dərəcə diqqətli olmalıyıq. Bizdə İranın nüvə proqramı olduğuna dair hər hansı məlumat və ya əlamət yoxdur", - Qrossi bildirib.

AEBA rəhbəri həmçinin bildirib ki, İranın zənginləşdirilmiş uranın böyük həcmdə olması məsələsini müzakirə etmək üçün bir neçə həftə ərzində Tehrana səfər etməyi gözləyir.

“Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində Tehrana qayıdacağam və vəziyyəti normallaşdırmağa çalışacağam”, - o deyib.
Comment