0
Wednesday 17 April 2024 - 14:32

Çinin İranın yanında olması İsraili üzdü!

Story Code : 1129287
Çinin İranın yanında olması İsraili üzdü!
Sionistlərin Çindəki nümayəndə heyətinin rəhbərinin müavini Yuval Vaks mətbuat konfransında Çinin İran İslam Respublikasının cəza tədbirlərinə reaksiyası və Tel-Əvivə dəstək verməməsindən narazılığını bildirib. Sionist rejim Çindən daha qətiyyətli mövqe gözlədiklərini bildirib.

"The Times of India" xəbər verir ki, Yuval Vaks deyib: “Biz ümid edirdik ki, onlar İranın hücumunu qətiyyətlə qınayacaqlar və İsrailin "özünü müdafiə etmək hüququ"nu açıq şəkildə tanıyacaqlar”.

Qeyd edək ki, İran İslam Respublikası sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücum etməsindən sonra işğalçı İsrailə qarşı hücum əməliyyatı keçirib. Çin Xarici İşlər Nazirliyi bu hücumdan sonra hər iki tərəfi təmkinli olmağa çağırıb.

Həmçinin Çin Xarici İşlər Nazirliyi sionist rejimin fələstinlilərə qarşı törətdiyi cinayətlərindən sonra bir bəyanatda "dərin narahatlığını" ifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin dərhal həyata keçirilməsini və Qəzzada atəşkəs tələb edib. Bu tələb də işğalçı İsraili ciddi narahat edib.
Comment