"Heç bir hökumət törətdiyi cinayətin cəzasından yayınmamalıdır!"
Story Code : 1129622
Fələstin Muxtariyyətinin nümayəndəsi Təhlükəsizlik Şurasının Fələstinin tamhüquqlu üzvlüyü ilə bağlı bugünkü iclasında deyib: Beynəlxalq İctimaiyyət heç bir hökumətin qanunda üstün olmasına icazə verməməlidir.
Fələstin Muxtariyyətinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Fələstinin tamhüquqlu üzvlüyü ilə bağlı bugünkü iclasında vurğulayıb: Fələstin xalqı həmişə özünün heç bir rol oynamadığı beynəlxalq qərarların qurbanı olub.
Fələstin administrasiyasının nümayəndəsi sözünə belə davam edib: “Tam hüquqlu üzvlük qərarımıza mane olan hər kəs bölgəmizdə sülh əldə edilməsi fürsətinə zərbə vurur. Fələstinə tam üzvlüyün verilməsi Fələstin xalqına qarşı tarixi ədalətsizliyin bir hissəsini aradan qaldıracaq. Bizim danışıqlar yolu ilə deyil, beynəlxalq qərarla tamhüquqlu üzv olmaq hüququmuz var. Fələstinin tamhüquqlu üzvlüyü məsələsi ilə məşğul olmağımız bizə Qəzzada gedən hərtərəfli müharibəni unutdurmur."