0
Saturday 20 April 2024 - 11:56

KİV: İran işğalçı İsrailin nüvə mərkəzini vura bilər

Story Code : 1129923
KİV: İran işğalçı İsrailin nüvə mərkəzini vura bilər
Bu barədə İranın dövlət telekanalı "Press TV" hərbi ekspertlərə istinadən məlumat yayıb.

İranın işğalçı İsrailə hücumu zamanı buraxdığı raketlər və pilotsuz uçuş aparatları sionist rejimin çoxsəviyyəli hava hücumundan müdafiə sistemini aşaraq Negev səhrasındakı Dimona nüvə tədqiqat mərkəzi yaxınlığında yerləşən hərbi obyektləri vurub. İsrail özü belə İran raketlərinin ən azı 9-nun Dəmir Qübbə Havadan Müdafiə Sistemini yararaq İsraildəki hədəfi məhv etdiyini etiraf edir.

Hərbi ekspertlərin fikrincə, Tehran istəsə Dimonadakı mərkəzə hücum edə bilər. Bu, yalnız işğalçı İsrail tərəfindən təhlükə yarandıqda baş verə bilər və özünümüdafiə məqsədilə həyata keçiriləcək.

 
Comment