0
Saturday 19 September 2009 - 16:51

BEŞ ULDUZLU OTELLƏRDƏ VERILƏN IFTARIN MƏNƏVI HƏZZI VƏ DADI OLMUR

Baş nazir efirdə ağlayıb.
Story Code : 11901
BEŞ ULDUZLU OTELLƏRDƏ VERILƏN IFTARIN MƏNƏVI HƏZZI VƏ DADI OLMUR
Verliş zamanı baş nazir Ərdoğan, Ramazan ayının yoxsulluğu,və yoxsulları tanımağı öyrədən bir ayı olduğunu söyləyərək, ''Bu ay kasıbların yoxsulların, miskinlərin yad olunduğu bir aydır. Onun üçün orucu tuturuq və aclıq nədir bunu anlayırıq'' deyib. Beş ulduzlu otellərin salonlarında verilən iftarlarda iftarın mənəvi həzzi və dadının olmadığını ifadə edən Ərdoğan, ''Çünki Ramazan əslində kasıbları, yoxsulları tanımağı bizə öyrədən bir aydır. Bunun üçün bu cür otellərdə verilən iftarlara getməyək. O yerlərə Ramazandan sonra da gedə bilərik. Ramazan boyu biz kasıbl və yoxsulların evinə gedək'' -deyə bildirib. 

Bundan əlavə proqram zamanı Türkiyədə mövcud olan kasıbların vəziyyəti barədə danışan baş nazir, onların ağır vəziyyətdə yaşadıqlarını, evlərinin qapılarının çatlardan ibarət olduğunu və bu halda varlı insanların kasıb insanlara yardım etmələri üçün ramazan ayının onlar üçün fürsət olduğunu qeyd edib. 

Qeyd edək ki, verliş vaxtı Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan səhnədə şeir deyən türkiyəli şairin sözlərindən təsirlənərək canlı efirdə ağlayıb.
Source : Faktxeber.com
Comment