0
Tuesday 6 October 2009 - 07:12

TÜRKIYƏ ƏLIYEV-SARKISYAN GÖRÜŞÜNÜN INTIZARINDADIR

Abdulla Gül prezidentlərin Kişinyov görüşünün mühümlüyündən danışıb
Story Code : 12708
TÜRKIYƏ ƏLIYEV-SARKISYAN GÖRÜŞÜNÜN INTIZARINDADIR
Onun sözlərinə görə, İlham Əliyev Rusiya və Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına göstərdikləri münasibətdən xoş təəssürat alıb.

“Azərbaycan tərəfi məsələnin yüksək səviyyədə müzakirə olunmasından razıdır. Hamıya məlumdur ki, Qarabağ məsələsində tərəqqi Ermənistanla münasibətlərin yoluna qoyulması üçün lazımdır. Məsələnin ölü yerindən tərpədilməsi üçün əlverişli mövqeyimiz var”, - deyə Türkiyə prezidenti bildirib.

O həmçinin qeyd edib ki, Türkiyə Qafqazda mövcud olan münaqişələrin həlli yollarını axtarmağı davam etdirir və regionda sülhün bərqərar olmasını bütün tərəflər üçün faydalı hesab edir.

Qeyd edək ki, Əliyev və Sarksyan arasında növbəti görüş oktyabrın 8-də MDB ölkələrinin Moldova paytaxtında keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində baş tutmalıdır.
Comment