0
Tuesday 24 January 2012 - 13:57

Bu da ABŞ-ın dillər əzbəri olan ədaləti

Story Code : 132731
Bu da ABŞ-ın dillər əzbəri olan ədaləti
Bu da ABŞ-ın dillər əzbəri olan ədaləti
İraqın Əl-Hadita şəhərində 2005-ci il noyabrın 19-da 24 dinc sakinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Dinc sakinlərin qətli barədə əmr vermiş serjant Frenk Vuterix 3 ay həbsdə yatacaq. Bundan əlavə rütbəsi endirilən Vuterix maaşının 75%-i həcmində pul cəzası ödəyəcək.

ABŞ məhkəməsinin verdiyi qərar sanki iraqlıların insan hesab edilmədiyini açıqlayıb

Vuterix özünü müqəssir hesab etməklə cəzasını yüngülləşdirə bilib. Vuterixin 2005-ci il noyabrın 19-da etdiyi hərəkətlər onun hərbçi yoldaşının həlak olması ilə əlaqələndirilir. Hərbçi yoldaşının həlak olduğunu görən Vuterix öz manqasına yaxındakı evlərdəki silahlıları məhv etməyi əmr edib. Əməliyyatın prinsipi «əvvəlcə atəş aç, sonra fikirləş» olub. Manqa 45 dəqiqə ərzində heç bir müqavimətə rast gəlmədən 24 dinc sakini, o cümlədən yaxınlıqdan keçən avtomobilin sərnişinlərini qətlə yetirib. Serjant özü şəxsən ana və azyaşlı uşağını güllələyib.
Comment