0
Thursday 2 February 2012 - 23:49

"İrana qarşı istənilən hərbi addım Yaxın Şərqdə müharibəyə səbəb olacaq"

Story Code : 135019
İrana qarşı istənilən hərbi addım Yaxın Şərqdə müharibəyə səbəb olacaq
İrana qarşı istənilən hərbi addım Yaxın Şərqdə müharibəyə səbəb olacaq
“IslamTimes” xəbər verir ki, İsrail ordusunun sabiq komandanı İrana qarşı istənilən bir hərbi addımın Yaxın Şərqdə müharibə yaradacağını düşünür. Amnon Lipkin Şahak "Iindipendent" qəzetinə verdiyi müsahibədə deyib: Demək olar ki, ordunun bütün yüksək rütbəli hərbçiləri İrana hücuma görə narahatdırlar. İsrailin hərb naziri Ehud Baraka yaxın olan general Lipkin Şahak bildirib ki, səthi təhlillərdən aydın olur ki, hücumdan dərhal sonra İran və müttəfiqləri adekvat cavab verəcək. Onun fikrincə bu hücumlar İran prezidentinə faydalı olacaq
və o xarici dövlətlərə qarşı təbliğatda İsrailin addımlarından istifadə edəcək. 

General Lipkin Şahak sözünə belə davam edib: “Uranı zənginləşdirən İran məntəqədə İsrailin istədiyi təhlükəsizliyi pozsa da, heç bir İsrail hərbçisi İrana qarşı hücumu dəstəkləmir.”

Indipendent yazır: Sabiq İsrail komandanının İrana hücumla bağlı həyəcan təbili çalması İsrail başçıları arasında fikir ayrılığı olduğunu göstərir. Bu isə İranın nüvə proqramı üçün daha münasib şərait yaradır. Əldə edilmiş məlumatlara əsasən,
İsrailin baş naziri Benyamin Netanyahu və hərb naziri Ehud Barak İrana hücuma dəstək versə də, bütün başqa nazirlər bu addımı təhlükəli sayır.

General Likin Şahak sabiq MOSSAD rəisinin bəyanatlarından dərhal sonra bu fikirləri açıqlayıb. Sabiq MOSSAD başçısı da İrana hücumu təhlükəli sayır və bu hücuma Livan Hizbullahı və HƏMAS-dan cavab gələcəyini düşünür.

Sabiq komandan təhlükəsizlik kabinetinin son qərarından xəbərsiz olduğunu bildirir. O qeyd edib ki, İsrailin atacağı addımlar müştərək ordu rəisi və MOSSAD rəisinin müşavirələrindən
asılıdır. Şahak düşünür ki, bu adamlar İsrailin xeyrinə qərar verəcək. Bu postu tutanlar heç vaxt İrana hücumu dəstəkləməyib.

Lipkin Şahak Avropa və ABŞ-ın İrana qarşı sanksiyalarını gözlənildiyindən sərt sayaraq deyib: “Bu sanksiyalar İrana təsir edir.” Sionistlər ümid edir ki, sanksiyalar xalqı öz dövlətindən narazı salacaq. Elə bu ümidlə də sanksiyaların nəticəsini gözləyirlər.

Şahak Indipendentə müsahibəsində Gilad Şaliti yada salaraq deyir: “Unutmayaq ki, İsraildən cəmi 6 km aralıda İsrail əsgəri 5 il həbsdə qaldı və biz heç bir
iş görə bilmədik. Bacardığımız bu oldu ki, bir əskərə görə HƏMAS-ın min üzvünü azad edək.”

İsrail komandanı deyir: “Hətta ABŞ İranın hərbi təsisatlarının yerini dəqiq müəyyənləşdirsə onları vurmaq asan olmayacaq. İranlılar axmaq deyil ki, hər hansı məlumatı sızdırsınlar.”

Indipendent sonda yazır: İsrail generalının sözləri elə bir zamanda açıqlanır ki, Ehud Barak İsrail hərbi hava qüvvələrinə komandanlığa namizəd mövzusunu müzakirə edir. Ehtimal olunan hücumda HHQ komandanı bütün məsuliyyəti üzərinə götürməlidir.
Comment