"IslamTimes" Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi son bəyanatında Moskva və Vaşinqtonun İranla bağlı gizli razılıq əldə etdiyini inkar edib. Rəsmi Moskva İrana hücumla bağlı Rusiyanın ABŞ-la razılaşma əldə etməsini böyük yalan adlandırıb. Rusiya bu sözlərin heç bir əsasının olmadığını bildirib.
Rəsmi Moskva həmçinin Qərbin Suriyanın daxili işlərinə qarışmadığı barədə xəbərlərin də şayiə olduğunu bildirib.