0
Tuesday 7 February 2012 - 23:28

Rusiya xarici işlər naziri Serqey Lavrov Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb

Story Code : 136169
Rusiya - Suriya
Rusiya - Suriya
Rusiya xarici işlər naziri Serqey Lavrov Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb və Moskvanın mesajlarını ona çatdırıb. Əsəd də öz növbəsində Serqey Lavrova ölkədə olan zorakılığı yatıracağına söz verib. 
Bu arada minlərlə suriyalı vətəndaş BMT-nin Əsəd əleyhinə olan qərarına veto qoyan Rusiyaya təşəkkür etmək üçün küçələrə çıxıb.

Serqey Lavrov görüşdən sonra bildirib ki, Bəşər Əsəd Suriyadakı zorakılıq hallarının dayandırılması üçün zəmanət verib. O həmçinin əlavə edib ki, Bəşər Əsəd Suriyadakı bütün siyasi qüvvələrlə dialoqa hazırdır və yaxın vaxtlarda Suriyada konstitusiya referendumu keçirmək haqda tarix açıqlayacaq. Suriya səfərini müsbət qiymətləndirən Lavrov, Suriyanın Ərəb Dövlətləri Liqasının fəaliyyətinin genişlənməsini istədiyini bildirib. /Deyerler/
Comment