0
Friday 10 February 2012 - 23:57

İranla müharibə İsrailin məhvi, ABŞ-ın məntəqəni tərk etməsinə bərabərdir

Story Code : 136849
İranla müharibə İsrailin məhvi, ABŞ-ın məntəqəni tərk etməsinə bərabərdir
İranla müharibə İsrailin məhvi, ABŞ-ın məntəqəni tərk etməsinə bərabərdir
“IslamTimes” xəbər verir ki, Amerikanın sabiq təhlükəsizlik müşaviri deyib: “İranla müharibə Tel-Əviv üçün faciəli sonuclancaq. Amma ABŞ üçün müharibənin nəticələri daha ağır olacaq. Sabiq müşavir Zbiqnev Brzezinski Reutersə müsahibəsində deyib: “İranla müharibədə Rusiya və Avropa dövlətləri bizə kömək etməyəcək, nəticədə ABŞ məntəqəni tərk etməli olacaq. Bu isə İsrailin məhvi deməkdir.”

Reuters Rend araşdırmalar mərkəzinin münasibətinə toxunur. Bildirilir
ki, İrana hərbi müdaxilə hədəsi bu ölkəni daxildən möhkəmləndirir. Mövcud hərbi təpkilər nəticəsində regional müharibələr, neftin qiymətinin sıçrayışlı yüksəlişi qaçılmazdır. Sonda isə hücum edən tərəf ittiham olunacaq. İran MAQATE müfəttişlərini ölkədən çıxaracaq, nüvə silahının yayılmaması haqqında müqaviləni tərk edəcək. Bütün bunlar müzakirələrə son deməkdir.

Reuters siyasi araşdırmaları nəzərdən keçirir: İrana hücum onun nüvə proqramını
qısa müddət yubada bilər. Amma hücumdan sonra İran nüvə silahı yaratmaq istəyəcək. İrana qarşı hərbi təpkilərin pis nəticələri haqqında xarici əlaqələr şurasının üzvü Hovard Simon deyir: “ABŞ-ın İsraili aşkar himayə etməsi müsəlman ölkələrində anti-amerika ruhiyyəsini gücləndirəcək.”

Reuters yazır ki, İsrailin İrana hücum edəcəyini düşünənlər yanılır. İrana hücum dünyada anti-İsrail ruhiyyəsini gücləndirəcək, islamçı qruplaşmalar fəallaşacaq.

Əl-Qüds əl-ərəbi
nəşriyyəsi öz siyasi təhlilində qeyd edir ki, ABŞ İraqdakı itkilərdən sonra hələ də özünə gələ bilməyib. Nəşriyyə böyük rəhbər Ayətullah Xameneinin cümə namazındakı bəyanatını mübarizəyə çağırış kimi dəyərləndirib. Ayətullah Xamenei qətiyyətlə bildirib ki, İran müharibə istəməsə də zərurət yarandığı zaman bütün imkanları ilə meydana girəcək. Cənab rəhbər bildirib ki, İran müdafiəyə qalxdığı zaman təcavüzkarlar bütün nəticələri həzm etməli olacaq.
Comment