0
Saturday 11 February 2012 - 19:34

İsmail Haniyə: “Biz heç vaxt İsraili tanımayacağıq”

Story Code : 137023
İsmail Haniyə: “Biz heç vaxt İsraili tanımayacağıq”
İsmail Haniyə: “Biz heç vaxt İsraili tanımayacağıq”
İran İslam İnqilabının 33 illiyi münasibəti ilə İranda olan HƏMAS lideri İsmayıl Haniyə önəmli açıqlamalar verib. Haniyə İran İslam İnqilabının 33 illiyi münasibəti ilə təşkil edilən mərasimdə etdiyi çıxışda İslam dünyasına birlik çağırışı edib. (dunyabulteni)

Haniyə çıxışında milli birlik hökuməti üçün ümidlərini dilə gətirib. O qeyd edib ki, birlik hökumətinin Qəzzadakı mühasirənin aradan qaldırılması, İsrail rejimi tərəfindən məhv edilən Qərbi Şəriə və Qəzzanı yenidən inşa etmək, qanunvericilik, rəhbərlik və Fələstin təhlükəsizlik xidmətlərinin yenidən qurulması kimi məsuliyyətləri olacaq.

Suriyadakı böhrana toxunan HƏMAS lideri, Suriya xalqı və hökumətinin Fələstin mübarizəsinə etdiyi yardımları unutmayacaqlarını bildirib. O həmçinin əlavə edib ki, Suriyadakı hadisələr hər bir ərəb və fələstinli üçün çox ağrıvericidir: “ Suriyalıların qanı bizim üçün çox qiymətlidir. Suriyada axan qanı dayandırmaq lazımdır və Suriyada böhranı ərəblər aradan qaldırmalıdır”. İşğal altında olan bütün Fələstin torpaqlarının nəhayət azad ediləcəyini deyən Haniyə, Fələstinin mübarizə aparan təşkilatlarına verdiyi dəstəyə görə İrana təşəkkür edib. HƏMAS-ın İsrail dövlətini heç vaxt tanımayacağını deyən Haniyə belə qeyd edib: “Qərb bizdən müqaviməti dayandırmağımızı və İsraili tanımağımızı istəyir. Amma mən buradan deyirəm ki, bu heç vaxt baş verməyəcəcək”.
Source : hicab
Comment