0
Tuesday 14 February 2012 - 14:12

İsrail öz diplomatlarını qurban verir ki…

Story Code : 137757
İsrail - diplomat
İsrail - diplomat
Dehli və Tiflisdəki terror dab u qəbildən ola bilər. Hadisədən dərhal sonra İranın ittiham olunması şübhə yaradır.
İran isə Dehli və Tiflisdə İsrail diplomatlarının avtomobillərinin minalanmasında əli olması barədə ittihamları rədd edib. APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Hindistandakı səfiri müvafiq bəyanatla çıxış edib.
«İran istənilən terror hücumunu pisləyir və biz İsrail rəsmilərinin bütün uydurma şərhlərini təkzib edirik. Bu ittihamlar əvvəlki kimi yalan və iftiradan ibarətdir», deyə səfir Mehdi Nəbizadə bildirib.
Xatırladaq ki, İsrail Hindistanda və Gürcüstanda İsrail diplomatlarına qarşı baş verən terror aktı və terror cəhdində İranı günahlandırıb.
Source : HaqqYolu
Comment