0
Friday 24 February 2012 - 18:56

Ərəbistanın DİN Qətif əhalisini təhdid edib

Story Code : 140464
Ərəbistanın DİN Qətif əhalisini təhdid edib
Ərəbistanın DİN Qətif əhalisini təhdid edib
Ərəbistanın daxili işlər nazirliyinin bu təhdidi elə bir halda irəli sürülüb ki, bundan qabaq da Ərəbistanın xüsusi təyinatlı qüvvələrinin komandanı Xalid Əl-Hərbi " Səudi Əl-Yum" nəşriyyəsinə verdiyi açıqlamasında , ölkənin şərq məntəqələrində, xüsusilə də Qətif şəhərində əhalinin sakit aksiyalarını terrorçu bir hərəkət sayıb vurğulamışdı ki,Qətif və Əvamiyyə məntəqələrində baş alıb gedən hadisələr küçə terrorizmidir.

Bu istiqamətdə Ərəbistanın daxili işlər nazirliyi də bir bəyanatda bildirmişdir : Qətif şəhərinin əhalisi destruktivdir və bu əhalinin cəzalandırılması lazımdır.

Ərəbistanın daxili işlər nazirliyi , ölkənin şərq məntəqələrində əhalinin sakit aksiyalarının ölkənin təhlükəsizliyini təhdid etməsini bəhanə edərək şərq məntəqələrində sakit aksiyalarda iştirak edən insanlara tətbiq olunan repressiya və əhalinin qırğın edilməsinə haqq qazandırmağa çalışır.

Bu arada ərəbistanlı şəxsiyyətlərdən 475 nəfəri, o cümlədən ölkənin şərq məntəqələrində yaşayan ruhanilər bir bəyanat yayaraq Ali-Səud rejiminin ölkədə etirazçılara qarşı tətbiq etdiyi repressiyalar və cinayətləri pisləyiblər.

Bəyanatda Qətif şəhəri əhalisinin qırğın edilməsi , günahsız insanların həbsi , Qətif şəhərinin müxtəlif məntəqələrində yoxlama postlarının yaradılması kimi məqamlar Ərəbistanda insan haqlarının pozulmasına bariz nümunə kimi qeyd olunub.

Son günlər Ali-Səud rejiminin himayəsi altında olan qüvvələr Ərəbistanın şərq məntəqələrində və konkret olaraq Qətif şəhərində sakit aksiya keçirən insanları hücuma məruz qoyub , onlardan bir neçə nəfərinin ölməsinə və yaralanmasına səbəb olublar.

Bu arada , Ali-Səud rejimi ümumi məfkurə tərəfindən göstərilən təzyiqlərdən xilas olmaq üçün etirazçılara qarşı şantajlara başlayıb.

Hazırda Ali-Səud rejimi öz himayəsi altında olan medialardan istifadə edərək Ərəbistan xalqının etdiyi tələblərini sırf firqələrin tələbi kimi göstərməyə çalışır .
Source : irib
Comment