0
Saturday 25 February 2012 - 11:21

Yunanlar Angela Merkeli Hitlerə bənzədib

Story Code : 140586
Yunan - Merkel
Yunan - Merkel
Yunanıstanda qənaət paketinin həyata keçirilməsindən sonra, yunanlar Almaniya hökümətini nasistlərlə müqayisə etməyə başlayıblar. Yeni islahat addımlarından sonra yunan xalqının Almaniyaya qarşı qəzəbi daha da artıb. “Epikaira” jurnalı tərəfindən aparılan sorğu zamanı məlum olub ki, 10 yunanlıdan 8-i Almaniyaya qarşı mənfi simpatiyası var. Sorğu zamanı respondentlərin 79%-i Almaniyanın Avropadakı rolunu mənfi qiymətləndiriblər. Eyni halda respondentlərin 81%-i Almaniyanın baş naziri Angela Merkelə nifrət etdiyini bildiriblər. Eyni halda sorğuda iştirak edənlər cavab verərkən, hazır ki, Almaniya siyasətini Hitler və faşizm ideologiyası ilə müqayisə ediblər.
Qeyd edək ki, bir neçə müddət bundan öncə Almaniya hakimiyyəti Yunanıstan hökümətinin islahatlara və qənaət paketinə getməsi müqabilində 130 milyard dollar miqdarında maliyyə ayıracağına söz verib. Artıq Yunanıstan hakimiyyəti bununla bağlı ölkədə bir neçə qanun layihəsi qəbul edərək qənaət paketlərinə start verib. Almaniyanın təklifi ilə Yunanıstan hökümətinin həyata keçirdiyi qənaət paketləri yunanların kəskin etirazını səbəb olub. Qənaət paketlərinə etiraz edən yunanlar bir neçə gündür ki, ölkədə geniş tətillərə və kütləvi aksiyalar start veriblər.
Comment