0
Wednesday 14 March 2012 - 07:17

Qərb Bəşar Əsədin islahatlarını dəyərsiz cilvələndirmək istəyir

Story Code : 145503
7 may - Suriyada parlament seçkiləri
7 may - Suriyada parlament seçkiləri
"IslamTimes" Suriya KİV-nə istinadən xəbər verir ki, Bəşar Əsəd ötən gün parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb.

Suriyada 7 may tarixinə təyin edilən parlament seçkiləri 26 fevralda əksəriyyətin səsi ilə qəbul edilmiş yeni konstitusiya əsasında keçiriləcək.

Bəşar Əsəd yeni konstitusiyanı 28 fevralda islahatların əsas bir hissəsi olaraq imzalayıb.

Xatırladaq ki, qərəzli mövqe tutan informasiya agentlikləri suriyalıların dövlətin ölkədə olan bəzi silahlı qruplaşmalarla mübarizəsini dəstəkləməsini, ölkədə birlik yaranmasının vacib olduğunu bildirməsini ört-bastır edir. Onlar Suriya xalqının bir neçə gün öncə keçirdiyi aksiyanı demək olar ki, işıqlandırmadılar. Suriyalılar bu aksiyada Bəşar Əsədi himayə edərək fitnəkarlarla mübarizənin zəruri olduğunu bildiriblər.
Comment