0
Friday 23 March 2012 - 11:11

"Yanacağın qiyməti yüksək səviyyədə qalacaq"

Story Code : 147671
"Yanacağın qiyməti yüksək səviyyədə qalacaq"
"Yanacağın qiyməti yüksək səviyyədə qalacaq"
ABŞ prezidenti Barak Obama hökumətə mübahisəli neft kəmərinin bir hissəsinin inşasını təsdiq etmək haqda göstəriş verib, lakin xəbərdarlıq edib ki, qlobal gərginliklərə görə yanacağın qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək.
Oklahoma ştatında neft sənayesi mərkəzində danışan Obama hökumət idarələrinə oradan Meksika körfəzi sahilindəki neftayırma zavodlarına qədər uzunluğu 780 kilometr olan neft kəmərinin çəkişinin təsdiqi haqda göstəriş verdiyini deyib. Lakin ABŞ prezidenti Trans Kanada şirkətinin çəkmək istədiyi Kanadada Alberta ştatından Oklahomaya qədər daha uzun neft kəməri ilə bağlı qərarın verilməsini hələ saxlayıb.
Birləşmiş Ştatlarda benzinin qiymətinin bir dollardan artıq olduğu bir vaxt respublikaçı namizədlər noyabrda prezident seçkilərində demokrat prezident Obama üzərində qələbə çalmağa ümid bəsləyir.
Respublikaçılar prezident Obamanı bu ilin əvvəli Kistoun adı ilə tanınan neft kəmərinin inşasına razılıq vermədiyi üçün tənqid edirlər. Lakin Obama Oklahomada çıxışı zamanı öz enerji siyasətini müdafiə edib.
Comment