0
Wednesday 28 March 2012 - 11:24

QARA MAYA 55 GÜN QALDI!

Story Code : 148699
Eurovision - elegiya
Eurovision - elegiya
Yevrovijına elegiya

Mən Yevrovijnam
iç üzümü tanıyın mənim
Mən çal-çağırlı,
nəğməli bir təcavüzəm...

Mən Yevrovijınam
Gəlmişəm ki,
bu məmləkətdə olan bütün yaşıllıqları “mavi”ləşdirim
Mən Yevrovijınam
Hələ gəlmədən öncə şəhərdə tufan edərəm
Bəzilərinin evlərini başlarına uçurdaram
Bəzilərinin süfrəsindən tikəsini qamarrayıb
ac qarına qabağımda qaçırdaram.
Bəzədərəm şəhərimi
Əynində mini yupkası,
dodağında pomadası
ayağında dikdabanı
Gözlərində boyası, makyajı olsun
Təki mənim xoşum gəlsin
Bəlkə də sevdim bu şəhəri
Barmağına üzük taxdım...

Mən Yevrovijınam
Iç üzümü tanıyın mənim
Mən çal-çağırlı bir təcavüzəm
Gəlmişəm ki,
o örpəkli, məsum qız qalasının
bəkarətin pozum gedim
Kürəyinə, sinəsinə
iyrənc-iyrənc tatuajlar yazım gedim...

Mən Yevrovijınam
kiçik saymayın məni
Razılaşmışıq,
Bakıda yeni tikilmiş beş ulduzlu hotellərin birində
Odlar yurduyla yatacam bu il
Ehtirasında alovlandıra bilsə məni
əvəzində “Qara-bağını” göbəyinin üstünə atacam bu il
Çalışacam Bakı yenə qalib olsun
Məzələnək, deyək, gülək
Gələn geylər paradını
biz Şuşada qeyd eliyək...
İlqar Kamil
ilqar1981@mail.ru
/HaqqYolu/
Comment