0
Tuesday 3 April 2012 - 22:44

Misir Suriya qiyamçılarını silahlandırmağa qarşı çıxdı

Story Code : 150192
Misir Suriya qiyamçılarını silahlandırmağa qarşı çıxdı
Misir Suriya qiyamçılarını silahlandırmağa qarşı çıxdı
Islam times.org/az/ - Misir Xarici İşlər Naziri Muhəmməd Kamil Əmr Suriya üsyançıları silahlandırıldığı təqdirdə bu Suriyada vətəndaş müharibəsinə gətirib çıxaracağını bildirib.

Əmr ölkədə olan münaqişəni sülh yolu ilə həll edilməsinin vacib olduğunu bildirib.
O deyib: “Biz gərək BMT Ərəb Liqası nümayəndəsi Kofi Annanın sülh missiyasına şans verək və hadisələrin nə ilə nəticələnəcəyini gözləyək. Mən inanıram ki, Ərəb dövlətlərinin vastəçiliyi ilə bu münaqişə sülh yolu ilə həll ediləcək.”

Əmr daha sonra əlavə edib: “Suriya müxalifətini silahlandırmaq ölkədə ölüm saylarını çoxaldacaq və bu Suriyada vətəndaş müharibəsinə gətirib çıxaracaq.”

Misir xarici işlər nazirinin bu açıqlaması Türkiyədə Suriyadakı münaqişəni həll etmək üçün Qərb və Ərəb dövlətlərinin yığıncağından sonra gəldi.
Bazar günü bir neçə Ərəb Fars Körfəzi dövlətləri və ABŞ Suriya qiyamçılarına hökumət əleyhinə döyüşmək üçün əmək haqqı vermək və lazımi ləvazimatların alınması üçün 100 milyon dollar pul ayırıblar.

Səudiyyə Ərəbistan, Qətər və Birləşmiş Ərəb Əmirlikləri bu təklifi Bazar günü İstanbulda keçirilən “Suriyanın Dostları” adlı konfransda səsləndiriblər və Qərb və Ərəb dövlətlərindən ibarət 70 ölkə Dəməşqi “Suriyanın düşmənləri” adlandırıblar.

Suriyada 2011-ci il mart ayının ortalarından baş verən münaqişələr nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla bir çox insanlar həyatlarını itirib.

Suriya ölkədə olan narahatlığa görə xaricdən dəstək alan silahlı terrorist qruplarını günahlandırır. Qərb və Suriya müxalifəti isə Suriya hökumətini nümayişçiləri qətlə yetirməkdə ittiham edir.
Source : Islamtimes
Comment