0
Wednesday 4 April 2012 - 17:57

NATO Ərdoğanı oynadır?

Story Code : 150393
NATO - Türkiyə
NATO - Türkiyə
“SANA” agentliyinin məlumatına görə, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri İstanbulda keçirilən Suriya Xalqının Dostları Qrupunun ikinci konfransına münasibət bildirərkən deyib. BMT-nin qərargahında mətbuat konfransı keçirən Cəfəri deyib ki, Türkiyə Suriyanın müstəqilliyini pozmağa yönələn bir tədbirə ev sahibliyi edib. Bu isə Suriyaya müharibə elan etməkdir. Cəfəri bu toplantı ilə BMT və Ərəb Liqasının xüsusi təmsilçisi Kofi Annanın missiyasına əngəl yaradıldığını da iddia edib. O bildirib ki, Annan Suriya hakimiyyəti ilə yalnız özünün dialoq aparacağını vəd etmişdi. Ancaq bəziləri paralel yollar yaradaraq Annanın təşəbbüsünün qarşısını almağa çalışırlar. “İstanbulda keçirilən Suriyanın düşmənlərinin toplantısı buna ən yaxşı misaldır”, - deyə o qeyd edib. İstanbul konfransını Kofi Annanın missiyasına zidd adlandıran Cəfəri bildirib ki, Türkiyə Suriyaya qarşı düşmənçilik siyasəti yürüdür. /SizinYol/
Comment