0
Friday 6 April 2012 - 06:25

Suriya hökuməti Kofi Annana atəşkəsə riayət edəcəyini bildirib

Story Code : 150794
Suriya - Kofi Annan
Suriya - Kofi Annan
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, plan bütün tərəfləri möhlətdən 48 saat sonra bütün zorakılıqları dayandırmağa səsləyir və Favzi bildirib ki, Annan bu plana riayət olunacağını gözləyir.

O, həmçinin deyib ki, BMT-nin üzv dövlətlərindən atəşkəs missiyasını yerinə yetirmək üçün əsgər göndərmək xahiş edilib. Bu addım BMT Təhlükəsizlik Şurasından qətnamə tələb edir.

BMT-nin sülhməramlılardan ibarət heyəti potensial monitorinq missiyasını müzakirə etmək üçün Suriyaya yollanıb.
Comment