0
Thursday 19 April 2012 - 16:37

Sabiq Mossad rəhbəri: İsrail fəlakətin astanasındadır

Story Code : 154784
Sabiq Mossad rəhbəri: İsrail fəlakətin astanasındadır
Sabiq Mossad rəhbəri: İsrail fəlakətin astanasındadır
Islam times.org/az/ - Sabiq Mossad rəisi Meyr Daqan İsrailin fəlakət astanasında olduğunu və Tel Əviv rejimini çox pis gələcək gözlədiyini deyib.

Yerusəlim Post qəzetinə müsahibə verən Daqan deyib: “Mən şişirtmə olmasın deyə İsrailin fəlakət astanasında olduğunu deməzdim, ancaq biz İsrailin gələcəyini sual altına qoyan hadisələrlə qarşı-qarşıyayıq.”

Sabiq Mossad rəhbəri həmçinin baş nazir Benyamin Netanyahunun hökumətini məzəmmət edib.
Daqan deyib ki, İsrail artıq elə bir həddə çatıb ki, ölkəni idarə etmək gücündə deyil.

Daqan həmçinin İsrail idarəçilik sisteminin dəyişməsini dəstəkləyən təşkilat yaradıb.
Tel Əviv hökuməti sabiq Mossad rəisini güvənsiz bir şəxs kimi dəyərləndirir, çünki sabiq rəis İrana hücumun “ən pis ideya” olduğunu demişdir.

2010-cu ilin noyabrnda Daqan Mossadın rəhbərliyindən çıxarılaraq yerinə Tamir Pardo təyin edilmişdir.
Source : Islamtimes
Comment