0
Wednesday 23 May 2012 - 06:22

Erməni də geyə yumruq göstərir, a kişi!

Story Code : 164502
Erməni də geyə yumruq göstərir, a kişi!
Erməni də geyə yumruq göstərir, a kişi!
Nə isə, dünən Ermənistanın paytaxtı Yerevanda bir qrup erməni “Mədəni müxtəliflik” şüarı ilə “gey parad” və sərgi keçirməyə cəhd ediblər.
Nəticədə Ermənistan paytaxtında ciddi xaos yaranıb. Belə ki, sosial şəbəkələrdən “gey-parad”la bağlı anonslarını oxuyan bir qrup millətçi gənc elan olunan əraziyə gələrək, aksiyanın baş tutmasına imkan verməyiblər.
“Homoseksuallığa yox”şüarları qışqıran millətçilər homoseksual aktivistlərə nümayişlərini keçirməyə imkan verməyiblər. Nəticədə iki qrup arasında qarşıdurma yaranıb və tədbirin təşkilatçıları Rəssamlar Evində gizlənməli olub. Polis iki qrup arasında münaqişəni dayandırmağa çalışıb. Tədbir “PİNK” təşkilatının sədri Mamikon Ovsepiyan tərəfindən təşkil edilib.
Source : HaqqYolu
Comment