0
Thursday 21 June 2012 - 09:22

Biz hara, qumar hara!

Story Code : 173034
Qumar - Azərbaycan
Qumar - Azərbaycan
Amma biri bizik! Sözdə isə nə qumardan, nə rüşvətdən xəbərimiz var. Hətta mübarizə aparırıq! Belə ki:
İyunun 18-də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, R.Behbudov küçəsi 8, mənzil 12 ünvanında yerləşən, fərdi sahibkar Quliyev İsrafil Əjdər oğluna məxsus ictimai iaşə obyektində qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunların təşkil olunduğu aşkar edilib. (Bakı hara, qumar hara!)
Nazirliyin analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, obyektdə özünü Cəfərov Müzəffər Sərdar oğlu kimi təqdim edən şəxs uduşlu oyunların operatoru vəzifəsini icra etdiyini bildirib. Nəzarət zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən olunub.
Vergi əməkdaşları tərəfindən həmin obyektlərdən ümumilikdə 9 ədəd kompyuter dəsti, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar, “qara mühasibatlıq” sənədləri götürülüb.
Qanunsuz oyunların təşkilatçılarının dəqiqləşdirilməsi, əldə edilmiş gəlirin və vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən aparılan yoxlamaya təqdim edilib. /HaqqYolu/
Comment