0
Saturday 23 June 2012 - 10:29

Fələstinli məhbuslar ölüm riski ilə üz-üzədirlər

Story Code : 173466
Fələstinli məhbuslar ölüm riski ilə üz-üzədirlər
Fələstinli məhbuslar ölüm riski ilə üz-üzədirlər
"IslamTimes"-ın "PressTV"-yə istinadən verdiyi xəbərə əsasən, İsrail hüquq müdafiəçiləri deyib: “İki aydan artıq aclıq aksiyası keçirən fələstinli məhbus Əkrəm Rikavi ölüm riski ilə üz-üzədir.”
İsrailin insan hüquqları müdafiə edən qrupuna daxil olan həkim heyəti deyib ki, məhbus 12 apreldən bəri aclıq aksiyası keçirir və son dəfə 6 iyunda həkimlər onu müayinə etmək üçün yanına buraxılmışdılar və o zaman məhbusun çəkisi 49 kilo olmuşdur.
Müdafiə qrupu bəyanatda deyib ki, Rikavi həmçinin asma və şəkərdən əziyyət çəkir.
Rikavi futbolçu Mahmud Sarsak ilə bir yerdə İsrail həbsxana şəraitinə və idarə heyətinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlamışdılar.
Fələstinlilər Sarsak və Rikaviyə həmrəy olduqlarını bildirmək üçün Qəzza zolağının cənubunda olan Rəfah məntəqəsində dəfələrlə yürüşlər keçiriblər.
Futbolçu olan Sarsak 17 apreldə aclıq aksiyasına başlayan 1600 – 2500 Fələstinli məhbusların arasında idi.
Fələstinli məhbuslar 14 mayda İsrail həbsxana rəsmilərinin onların tələblərinə cavab verəcəklərini söz verdikdən sonra aclıq aksiyasını dayandırdılar. Sarsak və daha iki fələstinli məhbus yemək yeməkdən imtina edərək onları azadlığa buraxmalarını tələb ediblər.
Comment