0
Friday 29 June 2012 - 10:03

Öz dövlətin şərləyirsə başqa dövləti qınama!

Story Code : 175206
Öz dövlətin şərləyirsə başqa dövləti qınama!
Öz dövlətin şərləyirsə başqa dövləti qınama!
Başqaları öz vətəndaşını assa da onun cibinə narkotika atmır. Əliyev rejimi üçün isə bu iş gündəlik tələbata çevrilib.
Belə bir vəziyyətdə Azərbaycan vətəndaşı başqa ölkədə şərlənsə inciməyə dəyərmi?
“Media forum” saytı bəzi İran saytlarının iki Azərbaycan vətəndaşı - gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani haqda yaydıqları məlumatla əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinə müraciət edib.
Mərkəzin rəhbəri Arif Babayev “Media forum”a deyib ki, iki Azərbaycan vətəndaşının Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olmaları haqda yazılanlar tam uydurma və cəfəng fikirlərdir: “MTN belə cəfəng və uydurma məlumatları şərh etmir”.
İyunun 28-də İran saytları - “Arannews.ir” və “Rajanews.com” ötən ay bu ölkədə tutulmuş iki Azərbaycan vətəndaşının narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğunu xəbər verib. “Rajanews.com”un məlumatında bildirilib ki, “özünü şair kimi qələmə verən qaçaqmalçılar” Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olublar. Sayt gənc şairlərin İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunduğunu da iddia edib.
Source : HaqqYolu
Comment