0
Sunday 15 July 2012 - 19:05

Qəbələdə gecə əməlıyyatı

Story Code : 179361
Qəbələdə gecə əməlıyyatı
Qəbələdə gecə əməlıyyatı
Dünən gecə radələrində yerli dövlət qurumlarının təmsilçilərinin birbaşa rəhbərliyi ilə Qəbələ şəhərində 3 ailə zorla evlərindən köçürülüb və onların mülkləri sökülüb. Bu əməliyyat gecə vaxtı həyata keçirilib və sakinlər əraziyə buraxılmayıb. Şəhərin ən bahalı ərazilərindən sayılan həmin məhəllədən insanların köçürülməsi çoxdan başlayıb, lakin 3 ailə indiyəcən onlara edilən təkliflərlə razılaşmır və evlərini tərk etmək istəmirdilər.

Onları zorla köçürmək üçün ərazi polislər və Fövqəladə Hallar Nazirliyin texnikası ilə əhatəyə alınıb, adamlar oradan uzaqlaşdırılıb. Həmin ərazidən keçən ictimai fəal, jurnalist Nazlı Ağayeva isə heç bir səbəbsiz polisin zorakılığı ilə üzləşib. Mülki geyimli bir nəfər polisə əmr edib ki, o, burada təxribat törədə bilər, onu polis maşına basıb aparın. Bir müddət əvvəl yol qəzasında ayağı yaralı hala düşmüş jurnalist hətta ayağından zərbələr alıb. Onu zorla polis maşınına mindirərək evinə gətiriblər. Daha sonra kənara çıxmaması üçün evinin önündə polislər növbə çəkib.

/Müsavat/
Comment