0
Tuesday 21 August 2012 - 10:29

Cənubi Koreya İrandan neft idxalını bərpa edəcək

Story Code : 188965
Cənubi Koreya İrandan neft idxalını bərpa edəcək
Cənubi Koreya İrandan neft idxalını bərpa edəcək
"IslamTimes" "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya İqtisadiyyat Nazirliyindən məlumatlı mənbə ötən gün deyib: "Cənubi Koreya sentyabr ayından etibarən İrandan xam neft idxalını gündə 200 min barel olaraq bərpa edəcək."

Adının açıqlanmasını istəməyən Cənubi Koreya İqtisadiyyat Nazirliyindən olan rəsmi deyib: "Neftin tankerlərə yüklənməsi sentyabr ayının əvvəllərindən başlayacaq. Bu isə o deməkdir ki, artıq sentyabr ayının sonlarında İrandan alınmış neft Koreyada olacaq."

Rəsmi əlavə edib: "Xam neft İranda bu ölkənin öz tankerlərinə yüklənəcək və İran sığorta şirkətləri tərəfindən himayə olunaraq Koreyaya yollanacaq."

Digər bir neçə Koreya rəsmisi də 8 avqust tarixində İranla Cənubi Koreyanın neft emalı zavodunun müzakirələrindən xəbər vermişdi.

Nəzərinizə çatdıraq ki, Cənubi Koreya ötən il İrandan 87 milyon barel neft alıb. Bu isə onların neftə olan təlabatının 9.4 faizini təşkil edir.
Comment