0
Friday 31 August 2012 - 20:42

"Türkiyə xalqı bizim yanımızdadır"

Story Code : 191607
"Türkiyə xalqı bizim yanımızdadır"
"Türkiyə xalqı bizim yanımızdadır"
"IslamTimes" xəbər verir ki, Suriya prezidenti Bəşar Əsəd "Əd-dünya" telekanalı ilə müsahibəsi zamanı deyib: "Biz regional və qlobal müharibə şəraitindəyik ki, bu müharibəni sona çatdırmaq üçün zamana ehtiyacımız var."

Bəşar Əsəd əlavə edib: "Biz irəliyə doğru hərəkət edirik. Vəziyyət yaxşılaşıb, amma hələ ki mübarizə sona çatmayıb və zamana ehtiyacımız var."

Suriya prezidenti Türkiyə ilə münasibətlər barədə deyib: "Biz bəzi cahil Türkiyə rəsmiləri üzündən geriyə dönərək Türkiyə ilə münasibətlərimizə yenidən baxmayacağıq. Xüsusi ilə bunu da nəzərə almalıyıq ki, şişirdilmiş, yalan informasiyalara baxmayaraq böhran başlayandan bu günədək Türkiyə xalqı dövlət rəsmilərinə qarşı çıxaraq bizə dəstək olublar."

Xatırladaq ki, Əl-Qaidənin suriyalı qaçıqınlara təlim keçmək üçün Türkiyəyə üz tutması bir çox türk siyasətçinin etirazına səbəb olub.

Millət vəkili Mehmet Ali Hatipoğlu da Əl-Qaidə terrorçularının Türkiyənin sərhəd məntəqələrinə yerləşdirilməsinə etiraz edərək bu addımın həmin məntəqələrinin əmniyyətini və iqtisadiyyatını təhlükə altına aldığını bildirib.

Bir neçə gün öncə Kamal Kılınçdaroğlu da Əl-Qaidənin Türkiyədəki fəaliyyətindən söz açmışdı.
Comment