Hadisə şahidləri ABŞ-a aid pilotsuz təyyarə ilə təşkil edilən hücumun hədəfinin «Əl-Qaidə» liderlərindən Əbdurrauf əz-Zeheb olduğunu iddia edir. Zehebin əvəzinə mərminin başqa bir maşına tuş gəlməsi nəticəsində maşında olanların həyatını itirdiyi ifadə edilir.
Digər tərəfdən, Yəmənin cənubundakı Ebyen şəhərində «Əl-Qaidə» üzvlərinə etiraz etmək məqsədiylə yaradılan Xalq Komitəsinin sədri Əbdüllətif Seyid bildirib ki, Pakistan və Somali əslli iki «Əl-Qaidə» döyüşçüsü bu gün öldürülüb, «Əl-Qaidə»yə kömək edən 18 adam da həbs olunub. /Deyerler/