0
Monday 3 September 2012 - 16:47

Netanyahu Tehran sammitinin uğurlu başa çatmasına görə bərk əsəbiləşib

Story Code : 192437
Netanyahu Tehran sammitinin uğurlu başa çatmasına görə bərk əsəbiləşib
Netanyahu Tehran sammitinin uğurlu başa çatmasına görə bərk əsəbiləşib
Islam times.org/az/ - İran paytaxtında Qoşulmama Hərəkatı sammitində beynəlxalq kütlənin iştirakına qəzəblənən Netanyahu deyib: “120 ölkə Tehrana toplaşdı, İran rəhbərinin (İslam İnqilabının Rəhbəri Seyyid Əli Xameneinin) anti İsrail çıxışını dinlədilər, ancaq sammiti tərk etmədilər.”

Livanın Əlnaşra xəbər agentliyinin verdiyi məlumata əsasən Netanyahu daha sonra deyib: “Bu vəziyyətin nə dərəcədə təhlükəli olduğunun göstəricisidir.”


İsrail baş naziri həmçinin dünya güclərindən İran nüvə enerji proqramına “qırmızı xətt” tətbiq etmələrini tələb edib.

O deyib: “Beynəlxalq ictimaiyyət İrana qırmız xətt tətbiq etmir və İslam Respublikası da bu qırmızı xətti görmədiyindən öz nüvə enerji proqramını inkişaf etdirir.”

Bu arada İsrail dünyada yüzlərlə nüvə silahı başlığına malik olan dövlət kimi tanınır. Vaşinqtonun dəstəyi ilə Tel Əviv öz nüvə obyektlərində təftişlərin aparılmasına icazə verməmiş və Nüvə Silahı Yayılmama razılığını imzalamaqdan boyun qaçırmışdır.
Source : İslamtimes
Comment