0
Monday 3 September 2012 - 18:53

Mufaz: Netanyahu ağlını itirib

Story Code : 192449
Mufaz: Netanyahu ağlını itirib
Mufaz: Netanyahu ağlını itirib
"IslamTimes" "PressTv" saytına istinadən xəbər verir ki, İsrailin müxalif Kadima partiyasının rəhbəri Mufaz Şaul Benyamin Netanyahu ilə görüşdən sonra deyib: "Elə görünür ki, Netanyahu İran mövzusunda düşünülmüş addımlar atmaq əvəzinə ağlını itirib. Onunla danışdıqda yaxında müharibə etmək istəyində olduğu anlaşılır."

Mufaz əlavə edib: "Netanyahu İran məsələsində olduqca iztirablı, gərgin və narahat görünür... Baş nazir təhlükəsizlik rəhbərləri, ABŞ prezidenti Barak Obama və İsrail prezidenti Şimon Peresə olan etimadını itirib. O məğlub olmuş bir rəhbərdir."

Partiya rəhbəri həmçinin İsrailin müharibə təhdidləri ilə bu ölkədəki iqtisadi problemlər arasında birbaşa rabitə olduğunu vurğulayaraq deyib: "Ölkəni müharibə alovuna bürümək olmaz. Bu gün müharibə xəbərləri ilə iqtisadi problemlər, insanlarda olan ümidsizlik halları arasında birbaşa əlaqə var."

Xatırladaq ki, son zamanlar İsraildə ictimai bərabərsizlik, İranla ehtimal olunan müharibəyə etiraz olaraq irihəcmli nümayişlər keçirilir.
Comment