0
Tuesday 4 September 2012 - 05:38

Embarqo neftin qiymətində sıçrayışla müşahidə olunacaq

Story Code : 192501
Embarqo neftin qiymətində sıçrayışla müşahidə olunacaq
Embarqo neftin qiymətində sıçrayışla müşahidə olunacaq
FaktXeber.com-un məlumatına görə, Qasimi "Ria Novosti"yə açıqlamasında, "əgər neft istehsalçısı şirkətlər bəzi çətinliklərlə qarşılaşsalar, təbii olaraq qiymətlər artacaq", - deyib.

İran neft nazirinin bildirdiyinə görə, gündə 4 milyon barel neft istehsal edən Tehran bunun yarısını ixrac edir: "Hazırda Qərb ölkələrinin və ABŞ-ın tətbiq etdiyi embarqoya görə, İran ixracatı azaldıb. Amma bazar İran neftini tələb edir. "Qara qızıl"ın dünya bazarına çıxarılmaması isə neftin qiymətini artırır. Bundan isə sadəcə alıcılar zərər çəkir."

O bildirib ki, hazırda dünyada gün ərzində 70 milyon barel neft istehsal olunur. Tələbat isə 87 milyondur: "Bərabərliyi isə digər enerji ehtiyatları ödəyir, misal üçün maye qaz. Ancaq hesab edirəm ki, tələbat artacaq. Əgər bazar bu artımı tənzimləyə bilməsə, onda qiymətlər artacaq. Həmçinin İrana tətbiq olunan neft embarqosu da qaldırılmasa, bazar bundan ziyan çəkəcək."

İranlı nazir Qasimi ehtiyat fondunun 18 faizini neft və təbii qaz sektorunun inkişafı üçün xərcləyəcəklərini söyləyib. Ümummilli gəlirin 20 faizini hər il ehtiyat fonduna köçürüldüyünü söyləyən nazir, "2012-2013-cü ildə ehtiyat fondundan 14 milyard dollar neft və təbii qaz sektorunun inkişafı üçün xərcləyəcəyik. Başqa sözlə, sektorda hər hansı bir çətinlik gözləmirik. Hazırda İranda 70 zavod tikilir ki, bunların da 20-si növbəti il istifadəyə veriləcək. Bu zavodların hamısının istismara verilməsindən sonra İranın istehsal gücü artacaq. Hazırda Tehranın neftayırma zavodu regionda Avro-5 standartı ilə benzin istehsal edən yeganə müəssisədir. Artıq növbəti ildən İran ən böyük benzin ixrac edən ölkələrdən olacaq", - deyib.

2010-cu ilin məlumatlarına görə, İranın ehtiyat fondunda 40 milyard dolları var.

Tehranın Rusiyanın şirkətləri ilə neft və təbii qaz sahəsində əməkdaşlığı inkişaf etdirmək istədiyinə də toxunan nazir, hələlik ortaq bir layihə olmadığını da vurğulayıb. /Faktxeber/
Comment