0
Sunday 9 September 2012 - 13:51

Birtərəfli sanksiyalar İrandan çox Qərb iqtisadiyyatına ziyan vurur

Story Code : 193977
Birtərəfli sanksiyalar İrandan çox Qərb iqtisadiyyatına ziyan vurur
Birtərəfli sanksiyalar İrandan çox Qərb iqtisadiyyatına ziyan vurur
Islam times.org/az/ - Tehran Universitetinin professoru Muhəmməd Mərəndi deyib: “Sanksiyalar İrana çox kiçik bir dərəcədə təsir göstərdi, ancaq özlərinə də ziyan vurdu. Ancaq mənim fikrimcə gələcək günlərdə sanksiyalar İrandan çox onlara daha çox ziyan vuracaq. Çünki, onlar İrana qarşı tətbiq etdikləri sanksiyalarla əslində İranın bu kiçik müddətli çətinliklərə baxmayaraq ölkənin siyasi, iqtisadi və mədəni əlaqələrinə yenidən nəzər salmağa və daha da inkişaf etdirməyə fürsət verdi. ”

O əlavə edərək deyib ki, iqtisadi zərərlərdən başqa sanksiyalar Qərb ilə digər ölkələr arasında siyasi gərginliyi artıracaq.

Mərəndi qeyd edərək deyib: “Bunlar rəmzi bir sanksiyalardır və onlardan məqsəd siyasi və psixoloji təsir qoymaqdır. Ancaq bu sanksiyalar əslində onların digər ölkələr ilə əlaqələrinə ziyan vurur, çünki Qərb dövlətləri çalışırlar ki imperialist adət-ənənələrinə uyğun olaraq öz fikirlərini digər ölkələr yeritsinlər.”

O vurğulayaraq bildirib ki, Qərbin öz siyasətini digər dövlətlərə zor ilə yeritmə siyasəti sonda Qərbin tədric olunmasına və nəticədə İran üçün daha çox ticari əlaqələrin yaranmasına şərait yaradacaq.

Mərəndi davam edərək bildirib ki, sanksiyalar tezliklə öz təsirini itirəcək, çünki Qərb artıq əlindən gələn hər bir şeyi etmiş, ancaq İranı çökdürə bilməmişdir.
Source : İslamtimes
Comment