0
Wednesday 12 September 2012 - 10:34

Misirdə nümayişçilər ABŞ bayrağını yandırıblar

Story Code : 194747
Misirdə nümayişçilər ABŞ bayrağını yandırıblar
Misirdə nümayişçilər ABŞ bayrağını yandırıblar
Buna səbəb Ameirkada bir qrup qipti tərəfindən Məhəmməd (s) peyğəmbər əleyhinə çəkilən filmdir. Filmdə İslam peyğəmbərinə qarşı olunan həqarətlər misirlilərin etirazına səbəb olub. Buna görə yüzlərlə misirli səfirlik qarşısında toplaşaraq filmin yayıma getməməsi üçün ABŞ dövlətinə etiraz ediblər.

Qeyd edək ki, aksiya zamanı səfirliyin binasına çıxan nümayişçilər oradan ABŞ-ın bayrağını endiriblər. Bundan sonra bayrağı yandıran nümayişçilər müxtəlif şüarlar səsələndiriblər. Misirdə müsəlman vətəndaşlar tərəfindən keçirilən aksiyada xristianlar da iştirak edib.
Source : FaktXeber
Comment