0
Thursday 20 September 2012 - 19:44

“Cəlili və Eşton arasında görüş konstruktiv keçib”

Story Code : 197137
“Cəlili və Eşton arasında görüş konstruktiv keçib”
Avropa Birliyi İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında İranın mübahisəli nüvə proqramına dair Türkiyənin İstanbul şəhərində keçirilən görüşlə bağlı yazılı açıqlama yayıb. İRNA-nın məlumatına görə, açıqlamada bildirilir ki, tərəflər arasında müzakirələr konstruktiv keçib: “Görüş çox əhəmiyyətli və gələcək danışıqlar üçün fürsət oldu”. Açıqlamada həmçinin K. Eştonun yaxın günlərdə bununla bağlı “altılıq” ölkələrinin nümayəndələri ilə görüşlər keçirəcəyi qeyd olunub. /APA/
Comment